Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, martın 11-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0386 manat təşkil edib. Rusiyanın 100 rublu 2.1527 manata kimi ucuzlaşıb, Avro isə 1.9777 manatadək bahalaşıb.