Ucnoqta.az
www.ucnoqta.az

İran İsrail və ABŞ bazalarına hipersəs raketlərdən zərbə endirib

18:32 - 10 Mart 2026 tarixində dərc olunub.

İran İsrail və ABŞ bazalarına qarşı son hücumları zamanı digər silahlarla yanaşı, hipersəs raketlərdən də istifadə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında bildirilib.

Qeyd olunur ki, əməliyyatın 34-cü dalğasında güclü "Qədr", "Emad" və "Fəttah" ballistik raketlərinin, eləcə də "Xeybər" hipersəs raketinin buraxılması təcavüzkarlara qarşı müharibəni yeni səviyyəyə qaldırdı.

Müəllif: Ucnoqta.az redaksiyası