Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın söhbəti Ukraynada sülhün bərpasına ümid verir
Ucnoqta.az xəbər verir ki, bu fikirləri Pentaqon katibi Pit Heqset bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən söhbət zamanı Yaxın Şərq münaqişəsi və Ukraynada sülhün bərpası ehtimalı müzakirə olunub.
"Prezident dünya liderləri ilə güclü münasibətlər saxlayır ki, bu da bizə imkanlar və seçimlər verir. Prezident bunun yaxşı bir söhbət olduğunu söylədi. Mən söhbətdə iştirak etmədim, amma onlar bunun yaxşı bir söhbət olduğunu deyirlər və ümid edirik ki, bu söhbət zamanı Rusiya ilə Ukrayna arasında müəyyən bir sülhün bərqərar olması ehtimalı təsdiqləndi", - Heqset mətbuat konfransında bildirib.