Ucnoqta.az
www.ucnoqta.az

İran Bəhreyndə Amerika bazasına zərbə endirib

07:58 - 10 Mart 2026 tarixində dərc olunub.

İran qüvvələri Bəhreyndə Amerika bazasına raket hücumu təşkil edib.

Ucnoqta.az xəbər verir ki, Hücum barədə məlumat verən Tasnim xəbər agentliyi bazada böyük yanğın baş verdiyini iddia edib.

Agentlik İran qüvvələrinin Bəhreyndə ABŞ-ın Şeyx İsa hava bazasına hücum etdiyini və bombardmandan sonra bazada yanğın baş verdiyini bildirir.

Tasnimin məlumatına görə, hücumun hədəfi Amerika hərbçiləri üçün yataqxana olub.

Hücum nəticəsində mümkün ziyan və ya itki barədə hələlik heç bir məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası