Ucnoqta.az
www.ucnoqta.az

İsrail İrana yeni zərbə dalğasına başladıb

15:54 - 9 Mart 2026 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri İranın üç bölgəsinə yeni zərbə dalğasının başladığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə yeni genişmiqyaslı zərbə dalğası başladıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat verib.

Zərbələr eyni vaxtda üç bölgədə - İsfahan, Tehran və İranın cənubunda həyata keçirilir. Hədəfin "rejim infrastrukturu" olduğu deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası