Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 97 nəfər saxlanılıb

10:51 - 9 Mart 2026 tarixində dərc olunub.

Martın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 99, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası