Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Tokayevə təşəkkür edib

10:14 - 7 Mart 2026 tarixində dərc olunub.

Prezident İlham Əliyev Azərbaycana göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında paylaşım edilib.

“Prezident Kasım-Jomart Tokayevə İran dövləti tərəfindən Naxçıvana edilən hücumları pislədiyinə və Azərbaycanla Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm”, paylaşımda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası