Ucnoqta.az
www.ucnoqta.az

Temperatur 8 dərəcə enəcək

16:22 - 6 Mart 2026 tarixində dərc olunub.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Ucnoqta.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, martın 7-si Azərbaycanın qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası