Sumqayıt və Qazax kolleclərinə yeni rəhbər təyinatları edilib
Ucnoqta.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Zülfiyyə Hüseynova bakalavriat, magistratura və doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslıq” ixtisası üzrə alıb. O, müxtəlif illərdə Şuşa Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib, bir sıra elmi məqalələri nəşr olunub.
Turanə Məmmədova bakalavr təhsilini “Tarix və ictimaiyyət”, magistratura təhsilini isə “Təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə alıb. Hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası üzrə təhsilini davam etdirir. O, son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.