Ucnoqta.az
www.ucnoqta.az

İran "son əsgərinə qədər" döyüşmək niyyətindədir

11:07 - 6 Mart 2026 tarixində dərc olunub.

İran ABŞ və İsraillə son əsgərinə və son gülləsinə qədər döyüşmək niyyətindədir, çünki başqa çarəsi yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

 "Amerikalılar və israillilər bizə hücum edirlər. Onlar İrana maksimum dərəcədə ziyan vurmağa çalışırlar. Bizim son gülləyə və son əsgərə qədər müqavimət göstərməkdən başqa çarəmiz yoxdur" - Xətibzadə deyib.

Müəllif: Ucnoqta.az redaksiyası