Ucnoqta.az
www.ucnoqta.az

Fransa İranın Naxçıvana hücumunu pislədi

17:35 - 5 Mart 2026 tarixində dərc olunub.

Fransa da İranın Azərbaycana hücumlarını pislədi.

Ucnoqta.az xəbər erir ki, Fransanın Azərbaycandakı səfiri Sofi Laqut bu barədə X hesabında paylaşım edib.

“Bu gün günorta saatlarında Naxçıvana qarşı İran pilotsuz uçuş aparatlarının hücumları Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı qəbuledilməz addımdır. Mən bu regional sabitliyi pozan və beynəlxalq hüququ pozan əməli qətiyyətlə pisləyirəm. Fikirlərim və həmrəyliyim bu insidentdən zərər çəkən insanlarla, xüsusilə də, təəssüf ki, yaralanan dörd nəfərlədir. Onlara tezliklə sağalmalarını arzulayıram”, – deyə Fransanın səfiri bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası