Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvan Hava Limanında uçuşlar müvəqqəti dayandırıldı

16:39 - 5 Mart 2026 tarixində dərc olunub.

Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.

Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası