İran ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən 130 dənizçinin olduğu beynəlxalq sularda İran freqatı "IRIS Dena"nı batırmasına görə ABŞ-ı peşman edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi X-də yazıb.
"ABŞ İran sahillərindən 2000 mil məsafədə dənizdə vəhşilik törədib. Sözlərimə diqqət yetirin: ABŞ yaratdığı presedentə görə çox peşman olacaq", - deyə o, bildirib.
Onun sözlərinə görə, freqatda təxminən 130 dənizçi olub.