Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.