İraq Kürdüstan bölgəsi ilə sərhəd yaxınlığında yerləşən İran hərbi mövqeləri havadan bombardman edilib.
Ucnoqta.az bildirir ki, Al Hadath TV bu barədə məlumat verib.
Kanalın məlumatına görə, İraq Kürdüstanı ilə sərhəd yaxınlığındakı İran hərbi qurğuları və ordu postları hədəfə alınıb.
İran qüvvələrinə dəyən zərər və ya itki barədə heç bir məlumat verilməyib.
Xatırladaq ki. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranın qərbindəki kürd qruplaşmasını hökumət əleyhinə etirazlara cəlb etmək məqsədi ilə silahlandırmağı planlaşdırdı\ı məlumatları yayılıb.
Belə ki, Vaşinqton ölkədəki sabitliyi pozmaq üçün daha geniş bir planın bir hissəsi olaraq kürd qüvvələrinin yaxın günlərdə İran təhlükəsizlik qüvvələri ilə döyüşdə iştirak etməsini istəyir.
Mənbələrə görə, kürd qüvvələri hərbi əməliyyatlar üçün ABŞ və İsrail hərbi dəstəyinə ümid edəcəklər.
İddia olunur ki, ABŞ prezidenti artıq İraqdakı kürd liderləri ilə İran kürdlərini silahlandırmaq planlarını dəstəkləmələri barədə telefon danışıqları aparıb.