Ucnoqta.az
www.ucnoqta.az

Paytaxt yollarında tıxac var - SİYAHI

08:13 - 5 Mart 2026 tarixində dərc olunub.

Bakının bir çox yollarında tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 
 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
 3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
 5. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
 6. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
 7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından  "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
 10. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;
 11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
 12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
 14. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 15. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası