Ucnoqta.az
www.ucnoqta.az

Şimali Koreya ildə iki esmines istehsal edəcək - Kim Çen In

06:09 - 5 Mart 2026 tarixində dərc olunub.

Şimali Koreya ildə iki esmines istehsal edəcək və donanmasını nüvə silahları ilə təchiz etməyə davam edəcək. B

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkə lideri Kim Çen In sahil şəhəri Nampodakı gəmiqayırma zavoduna səfəri zamanı bildirib.

O, yeni esmines "Çoe Ryonq"un istismara verilməsindən əvvəl sınaqlarının gedişatını yoxlayıb.

Dövlət başçısı Şimali Koreyanın bunun üçün kifayət qədər insan və sənaye potensialına malik olduğunu vurğulayıb.

KXDR lideri əlavə edib ki, bu, yalnız müdafiə üçün zəruridir. "Əgər müdafiəmizin bu qədər gücləndirilməsindən qorxan qüvvələr varsa, deməli, onlar bizim düşmənimizdir", - deyə o bildirib.

Kim Çen In esmines gəmisinə minərək dənizçilərin təlimini, gəminin texniki parametrlərini və əməliyyat imkanlarını yoxlayıb.

O, həmçinin gəmidən strateji dənizdən səthə atılan kruiz raketlərinin sınaq buraxılışını izləyib.

Müəllif: Ucnoqta.az redaksiyası