Ucnoqta.az
www.ucnoqta.az

İranın hava məkanı qısa zamanda tam nəzarətə götürüləcək – Heqset

17:45 - 4 Mart 2026 tarixində dərc olunub.

İranın hava məkanı qısa zamanda tam nəzarətə götürüləcək

Ucnoqta.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail qüvvələrinin bir neçə gün ərzində İran səmasına tam nəzarətə sahib olacağı gözlənilir.

Pentaqon rəhbəri eyni zamanda bildirib ki, İranla yaşanan münaqişə fonunda ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərib. Əməliyyatların nə vaxt başa çatacağı ilə bağlı suala o, “bunu dəqiq demək hələ çox erkəndir. Prezident Tramp da bildirib ki, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün nə qədər vaxt lazımdırsa o qədər də sərf edəcəyik”.///trend

Müəllif: Ucnoqta.az redaksiyası