Ucnoqta.az
www.ucnoqta.az

Alimentlə bağlı işlərin sayı ilbəil artır - Nazir müavini

16:24 - 4 Mart 2026 tarixində dərc olunub.

Alimentlə bağlı işlərin sayı ilbəil 10 faiz artır.

Ucnoqta.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışında deyib.

Nazir müavini qeyd edib ki, 2025-ci ildə aliment ödəməkdən yayınan 4299 şəxs barəsində inzibati protokol tərtib olunub: “Son 5 ildə aliment işlərinin sayı 10 minədək artıb. Aliment işinin icrası isə aşağıdır. Alimentin ödənilməsində yaranan çətinliklər vəsaitin, iş yerinin olmaması, iş yerlərinin tez-tez dəyişməsi ilə bağlıdır”.

Müəllif: Ucnoqta.az redaksiyası