Ucnoqta.az
www.ucnoqta.az

İran 48 saat ərzində doqquz ABŞ hərbi bazasına zərbə endirib

13:47 - 4 Mart 2026 tarixində dərc olunub.

İran 48 saat ərzində Yaxın Şərqdəki doqquz ABŞ hərbi bazasına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, İran qüvvələri son 48 saat ərzində Yaxın Şərqdəki ən azı doqquz ABŞ hərbi bazasına zərbə endirib.

Peyk görüntülərini araşdırdıqdan sonra kanal zərbələrin Küveytdəki dörd, BƏƏ-də iki, İraq, Bəhreyn və Qətərdə isə bir hərbi obyekti hədəf aldığı qənaətinə gəlib.

Kanal qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının bazasına edilən zərbə peyk rabitə mərkəzinin və anbarın iki radar günbəzini məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası