Ucnoqta.az
www.ucnoqta.az

98 aptekdə yoxlama aparıldı - 31-də nöqsan aşkarlandı 

10:43 - 4 Mart 2026 tarixində dərc olunub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında ümumilikdə 98 aptekdə yoxlama aparıb.

Bu barədə Ucnoqta.az-a AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 23-ü Bakı şəhərində, 75-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 77-si planlı, 20-si plandankənar, 1-i isə yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 31 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

Müəllif: Ucnoqta.az redaksiyası