Ucnoqta.az
www.ucnoqta.az

ABŞ və Ekvador birgə əməliyyata başlayıblar - Pentaqon

06:07 - 4 Mart 2026 tarixində dərc olunub.

ABŞ və Ekvador hərbi qüvvələri narkotik kartellərinə qarşı birgə əməliyyatlara başlayıblar.

Ucnoqta.az bildirir ki, ABŞ Cənub Komandanlığı bu barədə məlumat verib.

Məlumatda deyilir ki, 3 martda ABŞ və Ekvador qüvvələri Ekvadorda terror təşkilatları kimi tanınan qruplara qarşı əməliyyatlara başlayıblar.
"Bu əməliyyatlar tərəfdaşlarımızın Latın Amerikası və Karib dənizində narkoterrorizm bəlası ilə mübarizəyə sadiqliyinin əla nümunəsidir", - komandanlığın X sosial media səhifəsində dərc olunmuş açıqlamada deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası