İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət edir. Bu boğazdan keçməyə çalışan on neft tankeri artıq raket və dronlarla vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin sözçüsü Məhəmməd Əkbərzadə bildirib.
"SEPAH Hərbi Dəniz Qüvvələri dəfələrlə xəbərdarlıq edib ki, Hörmüz boğazından keçid hazırda təhlükəlidir, lakin on tanker tələblərimizi qulaqardına vurub və raket və dronlarla məhv edilib. İran hazırda boğaza tam nəzarət edir", - deyə Əkbərzadə Fars xəbər agentliyinin məlumatına görə vurğulayıb.