Ucnoqta.az
www.ucnoqta.az

İsrail İranda silah istehsalı müəssisələrinə zərbələr endirib

19:33 - 3 Mart 2026 tarixində dərc olunub.

İsrail ordusu İranda ballistik raketlər də daxil olmaqla, silah istehsalı ilə məşğul olan sənaye müəssisələrinə bir sıra zərbələr endirib.

Ucnoqta.az bildirir  ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi məlumat verib.

Bildirilir ki, İran boyunca həyata keçirilən hücumlarda İMQ silah istehsalı üçün istifadə edilən sənaye müəssisələrinə, xüsusən də İsrail dövləti üçün mövcud təhlükə yaradan ballistik raketlərə zərbə endirib.

Müəllif: Ucnoqta.az redaksiyası