Ucnoqta.az
www.ucnoqta.az

Makrondan nüvə silahı ilə bağlı açıqlama: "Onlar bizdən qorxmalıdırlar ..."

08:22 - 3 Mart 2026 tarixində dərc olunub.

Fransa Prezidenti Emmanuel Makron qlobal inkişaflara diqqət çəkərək, Fransanın nüvə arsenalını genişləndirəcəyini və çəkindirmə qabiliyyətini gücləndirəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Makron bu açıqlamaları Fransanın nüvə strategiyası ilə bağlı, nüvə sualtı qayıqlarının yerləşdiyi Brestdəki İle Lonq bazasında edib.

Rusiyadan artan təhdidlərin və ABŞ ilə ittifaqın şübhə altına alındığı bir vaxtda danışan Makron dedi: "Onlar bizdən qorxmalıdırlar ki, azad olaq".

Nüvə silahlarının mümkün istifadəsi ilə bağlı Fransanın doktrinasında dəyişiklik elan edən Makron dedi: "Biz geosiyasi çevriliş dövründən keçirik. Biz nüvə modelimizi gücləndirməliyik".

Müəllif: Ucnoqta.az redaksiyası