Ucnoqta.az
www.ucnoqta.az

İsfahana hücumlar nəticəsində 47 nəfər həlak olub

00:00 - 3 Mart 2026 tarixində dərc olunub.

ABŞ və İsrail qüvvələrinin zərbələri nəticəsində İranın İsfahan əyalətinin müxtəlif rayonlarında üç gün ərzində ən azı 47 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təhlükəsizlik vəziyyəti davamlı olaraq izlənilir. Tibb müəssisələri vətəndaşlara bütün zəruri xidmətləri göstərir.

Müəllif: Ucnoqta.az redaksiyası