Ucnoqta.az
www.ucnoqta.az

İsrail məhdudiyyətləri martın 4-dək uzatdı

14:05 - 2 Mart 2026 tarixində dərc olunub.

İsrail Cəbhə Komandanlığı İran ətrafındakı vəziyyətlə əlaqədar olaraq, geniş ictimaiyyət üçün məhdudiyyətləri 4 mart tarixinə qədər uzadıb.

Ucnoqta.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

Cəbhə Komandanlığının qaydalarına uyğun olaraq, toplantılar və təhsil fəaliyyətləri qadağandır və yalnız vacib müəssisələrdə işə icazə verilir.

Müəllif: Ucnoqta.az redaksiyası