Ucnoqta.az
www.ucnoqta.az

Tehranda bir sıra partlayışlar baş verib

13:12 - 1 Mart 2026 tarixində dərc olunub.

İsrail ordusunun İrana qarşı hücumlar barədə açıqlamaları fonunda Tehranda bir sıra partlayışlar baş verib.

Ucnoqta.az xəbər verir ki, Mehr xəbər agentliyi bu barədə məlumat yayıb.

Partlayışların raket hücumunun nəticəsi olduğu bildirilir. Hələlik nəticələr barədə heç bir məlumat yoxdur.

Tasnim xəbər agentliyi də Tehranda baş verən partlayışlar barədə məlumat yayıb.

Müəllif: Ucnoqta.az redaksiyası