Ucnoqta.az
www.ucnoqta.az

Hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 148-ə çatıb

10:33 - 1 Mart 2026 tarixində dərc olunub.

İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.

Bu barədə Miyanab Prokurorluğu məlumat yayıb.

Hava zərbəsi nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb, 95 yaralı var.

Müəllif: Ucnoqta.az redaksiyası