Ucnoqta.az
www.ucnoqta.az

Xameneinin ölümü rəsmi təsdiqləndi - Qırx günlük matəm elan edildi

05:46 - 1 Mart 2026 tarixində dərc olunub.

İranın Ali Lideri Əli Xamenei İsrail və ABŞ hücumu nəticəsində həlak olub. Bu məlumatı İslam Respublikasının dövlət televiziyası təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, dövlət televiziyasının məlumatına görə, İran hakimiyyəti İslam Respublikasının mərhum Ali Lideri Əli Xamenei üçün 40 günlük matəm elan edib.
İranda növbəti yeddi gün öldürülən Ali liderin xatirəsinə matəm əlaməti olaraq qeyri-iş günləri elan ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası