İranın Ali Lideri Əli Xameneinin iqamətgahı kimi xidmət edən Tehran kompleksi ABŞ və İsrailin hava hücumları nəticəsində ciddi şəkildə zərər görüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə müvafiq peyk görüntülərini araşdıran The New York Times (NYT) qəzeti məlumat yayıb.
Bir görüntüdə zərbə yerindən qara tüstü qalxır. Kompleksin içərisindəki binalara dəyən ziyan da görünür. Ayətullah Xameneinin yeri məlum deyil.