Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 19 silah aşkarlanıb

11:13 - 28 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycanda fevralın 27-də 19 silah, iki qumbara aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün Bakı və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 2 qumbara, 15 tüfəng, 8 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası