Ucnoqta.az
www.ucnoqta.az

Əfqanıstan Pakistandakı "nüvə obyektinə" zərbə endirib

14:41 - 27 Fevral 2026 tarixində dərc olunub.

Əfqanıstan qüvvələri Pakistandakı "nüvə obyektinə" və Xayber Paxtunxva əyalətinin Abbottabad yaxınlığındakı Kakol şəhərindəki hərbi bazaya zərbə endirib.

Ucnoqta.az bildirir ki, bu barədə Əfqanıstanın Ariana News televiziya kanalı məlumat verib.

Kanalın məlumatına görə, yüzlərlə ölü və yaralı İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutuna aparılıb. Pakistan Hərbi Akademiyası Kakolda yerləşir.

Müəllif: Ucnoqta.az redaksiyası