Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın UEFA reytinqi məlum olub

10:52 - 27 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycan cari mövsüm UEFA reytinqini 27-ci pillədə başa vuracaq.

Ucnoqta.az xəbər verir ki, bu, avrokuboklarda pley-off mərhələsinin oyunlarından sonra bəlli olub.

27-ci sıradan aşağıda qərarlaşan ölkələrin avrokuboklarda təmsilçiləri qalmayıb.

Azərbaycan 22.2937 əmsalla 27-cidir. 26-cı yerdəki Sloveniyanın 23.968 əmsalı var.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) iki oyunun nəticəsinə (1:6, 2:3) görə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Müəllif: Ucnoqta.az redaksiyası