Ucnoqta.az
www.ucnoqta.az

79 cinayətin üstü açılıb - 70 nəfər saxlanılıb

10:16 - 27 Fevral 2026 tarixində dərc olunub.

Fevralın 26-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası