Ucnoqta.az
www.ucnoqta.az

Pakistan Əfqanıstan arasında döyüşlərdə itkilərin sayı açıqlanıb

22:51 - 26 Fevral 2026 tarixində dərc olunub.

Pakistanla sərhəddə gedən döyüşlərdə təxminən 22 əfqan əsgəri həlak olub.

Ucnoqta.az xəbər verir ki, Media Today mənbələrə istinadən verdiyi məlumata görə, Pakistanla sərhəddə gedən döyüşlərdə təxminən 22 əfqan əsgəri həlak olub.

Həmçinin, sərhəddə Əfqan qüvvələri ilə toqquşmalarda təxminən 40 Pakistan əsgəri həlak olub. TOLO News bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahidə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə Pakistan əsgəri də əsir götürülüb.

Daha əvvəl kanal mənbələrə istinadən xəbər vermişdi ki, Əfqanıstan Pakistanın son hava hücumlarına cavab olaraq başlayan əməliyyat zamanı ən azı 15 Pakistan sərhəd məntəqəsini məhv edib.

Müəllif: Ucnoqta.az redaksiyası