Ucnoqta.az
www.ucnoqta.az

Tələbə qızları şantaj edən şəxs saxlanıldı

21:38 - 26 Fevral 2026 tarixində dərc olunub.

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tələbələrin fotolarını yayan şəxsi saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Əlavə məlumat veriləcəkdir.

Müəllif: Ucnoqta.az redaksiyası