İsrail Müdafiə Qüvvələri (İMQ) Livandakı şiə təşkilatı Hizbullahın Radvan xüsusi təyinatlılarına məxsus hərbi hədəflərə qarşı bir sıra zərbələr endirməyə başlayıb.
Ucnoqta.az bildirir ki, İMQ-nin mətbuat xidməti bu barədə məlumat verib.
Qeyd olunur ki, "Hizbullah"ın atəşkəs sazişini dəfələrlə pozmasına cavab olaraq, İMQ Livanın Baalbek bölgəsindəki Radvan hədəflərinə zərbələr endirir.