Cənubi Afrika hökuməti kralların, kraliçaların və qəbilə liderlərinin maaşlarını artırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat verib.
Stansiya qeyd edib ki, monarxın maaşı hazırda ildə 1,4 milyon randa (88.000 dollar) çatır. Artım 4,1% təşkil edib. Qəbilə liderlərinin və ənənəvi qəbilə şuralarının üzvlərinin maaşları da artırılıb.