Ucnoqta.az
www.ucnoqta.az

İranda kütləvi iğtişaşlarda 400-ə qədər hərbçi ölüb - Pezeşkian

12:11 - 26 Fevral 2026 tarixində dərc olunub.

İran prezidenti yanvar ayında baş verən kütləvi iğtişaşlarda ölən hərbçilərin sayını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian yanvar ayında baş verən kütləvi iğtişaşlarda 400-ə qədər hərbçinin öldürüldüyünü bildirib.
2025-ci ilin sonu və 2026-cı ilin əvvəllərində İranda başlayan genişmiqyaslı etirazlar zamanı hökumətin 2026-cı ilin yanvar ayına olan hesablamalarına görə, mülki şəxslər və təhlükəsizlik işçiləri də daxil olmaqla ölənlərin sayı 3117 nəfərə çatıb.

Təhlükəsizlik işçilərinin ölümü ilə bağlı konkret rəqəmlər mənbələr arasında dəyişir və bəzi məlumatlarda əhəmiyyətli itkilərin ilkin hesablamaları aşdığı göstərilir.

Müəllif: Ucnoqta.az redaksiyası