Ucnoqta.az
www.ucnoqta.az

Araz və Kürdə brakonyerlik edənlər saxlanılıb

10:49 - 26 Fevral 2026 tarixində dərc olunub.

Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb. Həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.

Eyni istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar. Adı çəkilən şəxslərdən sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası