Ucnoqta.az
www.ucnoqta.az

Şimali Koreya gizli silahlar hazırlayacaq - Kim Çen In

09:52 - 26 Fevral 2026 tarixində dərc olunub.

Növbəti beş illik dövrdə KXDR peyk əleyhinə sistemlər də daxil olmaqla yeni gizli silahlar hazırlamaq və yerləşdirmək üzərində işləyəcək.

Ucnoqta.az xəbər verir ki, KCNA xəbər agentliyinin məlumatına görə, Şimali Koreya lideri Kim Çen In bunu 19-25 fevral tarixlərində paytaxtda keçirilən Koreya İşçi Partiyasının 9-cu qurultayında çıxış edərkən açıqlayıb.

Kim Çen In bildirib ki, KXDR silahlı qüvvələrinin hərbi-texniki qüdrətini yeni beşillik plan çərçivəsində dünyada ən yüksək səviyyəyə qaldırmaq üçün Partiyanın Mərkəzi Hərbi Komissiyası ordumuza yeni gizli silahlar və xüsusi strateji silahların yeridilməsi üçün ən vacib vəzifələri müəyyən edib, müvafiq sahələrdə hazırlanmış yeni milli müdafiə inkişaf planlarını ciddi şəkildə nəzərdən keçirib və uzunmüddətli planları inamla və məsuliyyətlə təsdiqləyib.

O, qeyd edib ki, bunlara quru və sualtı qayıq əsaslı qitələrarası ballistik raket sistemləri, süni intellekt texnologiyasına malik pilotsuz zərbə sistemləri, müharibə vəziyyətində düşmən peyklərinə hücum etmək üçün xüsusi silahlar, elektron müharibə sistemləri və müasir kəşfiyyat peykləri daxil olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası