Ucnoqta.az
www.ucnoqta.az

Bakı metrosunda növbəti nasazlıq - Sərnişinlər düşürüldü

11:49 - 24 Fevral 2026 tarixində dərc olunub.

Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin “İçərişəhər–Sahil” mənzilində Qırmızı xətt üzrə hərəkət edən qatarda texniki nasazlıq qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a metropolitendən bildirilib.

Texniki baxışın keçirilməsinə zərurət yarandığından normativ tələblərə uyğun olaraq sərnişinlər "Sahil" stansiyasında düşürülüb, qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən hazırda Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var.

Bənövşəyi xətdə və “Cəfər Cabbarlı-Xətai”, “Həzi Aslanov-Əhmədli” mənzillərində qatarlar qrafik üzrə hərəkət edir.

Müəllif: Ucnoqta.az redaksiyası