Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Alar Karisi təbrik etdi

11:35 - 24 Fevral 2026 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmkarı Alar Karisə təbrik məktubu ünvanlayıb.

Ucnoqta.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Müəllif: Ucnoqta.az redaksiyası