Ucnoqta.az
www.ucnoqta.az

Qızılın qiyməti 5200 dolları keçdi

05:59 - 24 Fevral 2026 tarixində dərc olunub.

Comex birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) aprel qızıl fyuçerslərinin qiyməti 30 yanvar 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 5200 dolları keçib.

Ucnoqta.az ticarət platformasının məlumatlarına əsasən xəbər verir ki, qiymətli metalın qiyməti 1,33% artaraq troya unsiyası üçün 5251,06 dollara çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası