Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə ər arvadını bıçaqlayıb

19:14 - 23 Fevral 2026 tarixində dərc olunub.

Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, Mingəçevir şəhər ərazisində 2003-cü il təvəllüdlü T.Kərimova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 2000-ci il təvəllüdlü E.Kərimovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. ///report

Müəllif: Ucnoqta.az redaksiyası