Ucnoqta.az
www.ucnoqta.az

Çad Sudanla sərhədini bağladı

15:39 - 23 Fevral 2026 tarixində dərc olunub.

Çad hökuməti Sudanla sərhədini bağlamaq qərarına gəlib.

Ucnoqta.az bildirir ki, bu barədə Tchad24 televiziya kanalı məlumat verib.

Qeyd olunub ki, ərazisinə təkrarlanan müdaxilələrə və sərhəd keçidlərinə cavab olaraq, Çad hakimiyyəti Sudanla sərhədin dərhal bağlandığını elan edib.

Məlumata görə, bu addım müttəfiqlərin dəstəklədiyi Sudan ordusu ilə Sürətli Müdaxilə Qüvvələri (SİQQ) arasında Çadla sərhəd yaxınlığında Şimali və Qərbi Darfur əyalətlərində döyüşlərin şiddətlənməsi fonunda atılıb.

Müəllif: Ucnoqta.az redaksiyası