Ucnoqta.az
www.ucnoqta.az

Maqnit qasırğası var

13:11 - 23 Fevral 2026 tarixində dərc olunub.

16-17 və 21-22 fevral tarixlərində zəif-orta geomaqnit qasırğası qeydə alınıb. Hazırda da G1 səviyyəli geomaqnit qasırğası var.

Ucnoqta.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilir ki, 23-28 fevral tarixlərində enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. Günəş küləyinin sürəti mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 23-24 fevralda ilə yenə də normadan yüksək olacaq. G1 səviyyəli geomaqnit qasırğasının bu gün və sabah davam edəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası