Ucnoqta.az
www.ucnoqta.az

Aİ xarici işlər nazirləri Rusiyaya qarşı 20-ci sanksiya paketinin müzakirəsinə toplanır

11:23 - 23 Fevral 2026 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketi barədə razılığa gələ bilməyəcəklər.

Ucnoqta.az xəbər verir ki, Aİ xarici işlər naziri Kaja Kallas bunu nazirlər görüşündə jurnalistlərə bildirib.

"Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, bu gün heç bir irəliləyiş olmayacaq, amma biz səy göstərəcəyik", - deyə o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası