Ucnoqta.az
www.ucnoqta.az

İran BAEA-nın yoxlamalarının bərpasına icazə verir

22:03 - 22 Fevral 2026 tarixində dərc olunub.

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranda yoxlama fəaliyyətlərinin bərpasına icazə verir, lakin dinc məqsədlərlə uranı zənginləşdirmək hüququnu qorumaqda israr edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi CBS-də bildirib.

"Biz Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NPT) tamhüquqlu tərəfiyik və BAEA ilə təminat müqaviləmiz var. Təminatlar üzrə agentliklə tam əməkdaşlığa hazırıq. Müəyyən şərtlər daxilində təminatlar üzrə əlavə protokol qəbul edə bilərik", - deyə o, yoxlamaların bərpa edilməsi ehtimalı barədə danışarkən qeyd edib.
Saziş BAEA-nın yoxlamalarına nüvə obyektlərinin dinc məqsədlərlə istifadəsini yoxlamağa imkan verir.

O, əlavə edib ki, zənginləşdirmə danışıqlarımızda vacib mövzudur. Amerika tərəfi bizim mövqeyimizi bilir. Biz onların mövqeyini bilirik. Artıq narahatlıqlarımız barədə fikir mübadiləsi aparmışıq. Və düşünürəm ki, həll yolu əldə etmək mümkündür.

Müəllif: Ucnoqta.az redaksiyası